ABŞ-da koronavirusdan ölənlərin ümumi sayı 40,5 min nəfəri ötüb

ABŞ-da koronavirusdan ölənlərin ümumi sayı 40,5 min nəfəri ötüb

ABŞ-da koronavirusdan ölənlərin ümumi sayı 40 min 585 nəfərə yüksəlib. Yoluxanların sayı isə 742 min 442 nəfər olub.

SİA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin məlumatında bildirilib.

Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib ki, ştatda sutkada koronavirusdan ölənlərin sayı azalmağa davam edir. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı da azalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə