Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 15 nəfər artaraq 727-yə çatıb.
SİA xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 35 min 881 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19-a görə 1184 nəfərdən götürülən analizinin 15-nin nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 5 ölüm faktı qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB