Türkiyədə zəlzələ olub

Türkiyənin Kayseri şəhərində zəlzələ baş verib. SİA xəbər verir ki, Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanların gücü 3.5 bal olub. Zəlzələnin ocağı yerin 7.2 kilometr dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə