Litvada son sutkada COVID-19-a yoluxanların sayı 90 nəfər artaraq 1239-a çatıb

Litvada son sutkada COVID-19-a yoluxanların sayı 90 nəfər artaraq 1239-a çatıb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 90 nəfər artaraq 1149-dan 1239-a çatıb.

SİA xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 58 min 816 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5715 nəfərdən götürülən analizin 90-nın nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 32 ölüm qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə