Albaniyada koronavirus epidemiyası səbəbiylə tətbiq olunan karantin ilə təcrid qaydalarını pozan və virusu başqalarını yoluxduranlar 2 ildən 8 ilədək həbs cəzasına məhkum ediləcəklər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Baş nazir Edi Rama bu cəzaların komendant saatının müvəffəqiyyətlə başa vurulması üçün zəruri olduğunu bildirib.
Rama hökumətinin hesablamalarına görə, komendant saatı həyata keçirilməsəydi, Covid-19 səbəbindən ölkədə 2 min 800 nəfər ölmüş olardı. Şənbə günü verilən məlumata görə, Albaniyada 539 Covid-19 xəstəsi aşkar edilib və 26 nəfər ölüb. Bu, digər Avropa ölkələri ilə müqayisədə çox aşağı rəqəmdir.
Qadağa əsnasında polis 7 mindən çox insanı cərimələyib, 1 min 800 nəfərin sürücülücük vəsiqəsi əllərindən alınıb. Yeni qanuna görə, bilərəkdən və ya bilməyərəkdən karantin və təcrid qaydalarını pozan, xəstəliyi yoluxduran və kiməsə zərər vuran, o cümlədən xəstəliyin ölümlə nəticələnməsinə səbəb olanlar 8 ilədək həbs cəzasına məhkum ediləcəklər.
Parlamentdə yeni qanun haqqında danışan Rama, karantinin pozulmasının bomba ilə gəzməyə bərabər olduğunu söyləyib.
Ölkədəki ilk Covid-19 hadisəsi 9 Martda İtaliyadan gələn şəxsdə aşkar edildikdən sonra, hökumət zəif səhiyyə sisteminin çökməsindən narahat olaraq ciddi təcrid tədbirləri görüb.
Bundan əlavə, komendant saatı iş günləri günorta saat 17:30-dan səhər 5:00-a qədər tətbiq olunur və hər ailədən 1 nəfərə 90 dəqiqə alış-veriş vaxtı verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB