Yeni növ koronavirusun ilk tarixi sentyabr ayına qədər geriləyə bilər
İngiltərədəki Kembric Universitetinin rəhbərliyi altında aparılan bir araşdırma nəticəsində məlum olub ki, əslində yeni növ koronavirusun (SARS-CoV-2) yayılması sentyabr ayından başlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Kembric Universitetinin rəhbərlik etdiyi alimlər qrupuna görə, Covid-19 virusu ilk dəfə ötən il sentyabrın əvvəlində, Çinin Vuhan şəhərindən cənubunda baş verib. Virusun mənşəyini araşdıran tədqiqatçılar dünyanın dörd bir yanından gələn çox sayda məlumatı təhlil edərək, virusun ilk olaraq 13 sentyabr və 7 dekabr arasında yayılmağa başladığını hesablayıblar.
Tədqiqat qrupu filogenetik şəbəkədən, genlərin mutasiyasından orqanizmlərin qlobal hərəkətini xəritə üzərində müəyyənləşdirə biləcək bir riyazi alqoritm istifadə edərək virusun nəslini təhlil edib.
Cambridge Universitetinin genetik mütəxəssisi Peter Forster araşdırma nəticələrini, “Virus insandan insana yoluxa biləcək son mutasiyasını aylar əvvək keçirmiş ola bilər, ancaq yoluxmadan bir neçə ay müddətində bir yarasa ya da başqa bir heyvanın, ya da insanın orqanizmində olub. Daha sonra 13 sentyabr - 7 dekabr tarixləri arasında insanlar arasında yayılmağa başlayıb" deyə bidirib.
Dekabrın sonlarında toplanmış ilk 160 nümunə araşdırılaraq ABŞ Milli Elmlər Akademiyasında (PNAS) dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB