Rusiya Prezidenti Vladimir Putin, koronavirusun yayılması ilə əlaqədar risklərin hələ də çox olduğunu söyləyib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Rusiya bölgələrində tibb müəssisələrinin inşası və yenidən profilləşdirilməsindəki irəliləyişə dair iclasda deyib.
"Epidemiyanın yayılması ilə əlaqəli risklər hələ çox yüksəkdir. Epidemiyanın zirvə həddi, pik həddi hələ keçməyib. Xəstəliklə bağlı halların sayı artır və təkcə Moskvada deyil, Federasiyanın bir çox digər yerlərində də müşahidə olunur", deyə Putin bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB