Mahmud Əhmədinejat: “ABŞ-a yeni Yaxın Şərq lazımdır”

Mahmud Əhmədinejat: “ABŞ-a yeni Yaxın Şərq lazımdır”

Yaxın Şərq dövlətləri regionda ABŞ-ın olmasının əleyhinədir. Bunu İranın prezidenti Mahmud Əhmədinejat Hərb günü münasibəti ilə keçirilən paradda ənənəvi çıxışı zamanı deyib. O, qeyd edib ki, ABŞ-ın regiona ilk addımı bəlalar gətirib: "10 il bundan qabaq Amerikanın regiona gəlməsi ilə Yaxın Şərq ölkələrində nümayişlər, qətllər başlayıb. Bu gün onlar bu və ya digər üsullardan istifadə edərək Yaxın Şərq ölkələri arasında nifaq salırlar".

 

Əhmədnejat Amerikanın ünvanına sərt bəyanatlarla çıxış edib: "Biz Yaxın Şərqi Amerikasız görmək istəyirik. Azğınlaşmış ordular burada yeni Yaxın Şərq yaratmaq niyyətindədirlər. Lakin region ölkələri bunu istəmirlər. Biz bərabərhüquqlu, rahat və ədalətli yaşamaq istəyən insanların gələcəyini sual altına qoya bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə