Onlayn pərakəndə satış nəhəngi Amazon işçiləri "pis iş şəraitinə" cavab olaraq 24 apreldə tətil etməyə hazırlaşırlar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Bildirilir ki, Amazonun bəzi işçiləri şirkət rəhbərlərinin işçilərin tələblərini qulaqardına vurduğunu iddia edir və sağlamlıq tədbirlərinin lazımi səviyyədə alınmadığını, işdən çıxarılanların da olduğunu bildirirlər.
400 Amazon işçisi ilə onlayn danışan şirkətin keçmiş işçisi Maren Costa "İşdən çıxarmalardan bezdik, onlar bizi susdurmağa çalışırlar, irqçilikdən və havanın çirklənməsindən bezmişik" deyib.
Əvvəllər Amazon-da işləyən Maren Costa və Emily Cunningham "şirkət qaydalarına dəfələrlə riayət etmədikləri" səbəbiylə keçən həftə işdən azad edilib. Minlərlə insanı işə götürməyə hazırlaşan Amazon işçiləri üçün səhiyyə cəhətdən kifayət qədər müdafiəni gücləndirməməkdə günahlandırılır. Bir polşalı işçi "Amazon lazımlı bir iş gördüyümüzü söyləyir, amma həyatımı burada riskə ataraq saç düzəldici və stolüstü tennis toplarını kutulara yığıram" deyib.
Qeyd edək ki, Amazon iki həftə əvvəl Avropa və Amerikadakı işçilərə milyonlarla maska paylanacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB