Aİ ikinci dəfə İtaliyadan üzr istəyib

Aİ ikinci dəfə İtaliyadan üzr istəyib

Avropa Komissiyasının sədri Ursula fon der Leyen koronavirus epidemiyasına hazırlıq görmədiyi və əvvəldən İtaliyaya lazımi dəstək verə bilmədiyi üçün bir daha Romadan və italiyalılardan üzr istəyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Von der Leyen Avropa Parlamentində çıxışı zamanı "Heç kim koronavirus pandemiyasına hazır deyildi. Əvvəlcə İtaliya köməyə ehtiyac duyanda, demək olar ki, heç bir tədbir görülmədi", deyib.

Avropanın bu gündən etibarən fərqlilikləri və bölünmələrini geridə qoymasının lazım olduğunu söyləyən Von der Leyen "Bizə cəsarət, etibar və həmrəylik lazımdır" deyə bildirib.

Üzv dövlətləri həmrəyliyə çağıran Von der Leyen bu günə qədər koronavirusla mübarizəyə 3 trilyon avro ayırdıqlarını xatırladıb.

Qeyd edək ki, Ursula von der Leyen aprel ayının əvvəlində İtaliya qəzetlərinin birində yazdığı məqalədə pandemiya baş verən zaman italiyalılara kifayət qədər kömək edə bilmədikləri üçün onlardan üzr istəyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə