Covid-19 epidemiyası səbəbindən Çin iqtisadiyyatı 1992-ci ildən bəri ilk dəfə geriləyib və ümumi daxili məhsul illik 6,8 faiz azalıb. Mütəxəssislər Çinin 1970-ci illərdən bəri ən ciddi geriləmə mərhələsindən keçdiyini qeyd edirlər. SİA bunu xarici mətbuata istinadən xəbər verir.
Məlumatlara görə, bu gün ilin ilk rübündə Çində ümumi daxili məhsul (ÜDM) illik 6,8 faiz azalıb. Bu göstərici Çində 1992-ci ildən bəri ən pis göstəricidir. İlk rübdə ölkə iqtisadiyyatı keçən ilin son rübü ilə müqayisədə 9,8 faiz azalıb. Çinin bəzi hökumət nümayəndəsi və iqtisadçılar geriləmələrin ikirəqəmli olacağı haqda proqnozlar verirlər. Halbuki ötən ilin son rübündə milli iqtisadiyyat illik 6 faiz və rüblük 1,5 faiz artıb.
Bununla yanaşı, mart ayında Çində pərakəndə satış 15,8 faiz, sənaye istehsalı mart ayında 1,1 faiz azalıb.
Bazarda pərakəndə satışların 10 faiz, sənaye istehsalının 7,3 faiz azalması gözlənilir.
Pekin yenidən iqtisadiyyatı səfərbər etməyi hədəfləyir
Pekin rəhbərliyi fevral ayından sonra iqtisadiyyatın böyük bir hissəsini yenidən qursa da, koronavirus epidemiyasının ikinci dalğa riskinə qarşı iqtisadi böyüməni stimullaşdırmaq üçün çətin bir dövrdən keçir. Həyat hələ normala dönməyib.
Çin Milli Statistika Bürosunun sözçüsü Mao Shengyong cümə günü Pekində keçirdiyi mətbuat konfransında mart ayının ikinci yarısında iqtisadi göstəricilərdə daha da yüksəliş və artım gördüyünü söyləyib. Təhlilçilər koronavirusun bu il 3 mindən çox insanın həyatını itirdiyi Çində səhiyyə böhranı səbəbindən 30 milyondan çox insanın iş yerlərini itirəcəyinə səbəb olacağını gözləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB