Kanadada koronavirusa yoluxanların sayı 1727 nəfər artaraq 30 106 nəfərə yüksəlib

Kanadada koronavirusa yoluxanların sayı 1727 nəfər artaraq 30 106 nəfərə yüksəlib

Kanadada son sutka ərzində koronavirusa yoluxanların sayı 1727 nəfər artaraq 28 379-dan 30 106 nəfərə yüksəlib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu müddətdə virusdan ölənlərin sayı 185 nəfər artıb və ümumilikdə 1195-ə çatıb. 9729 nəfər isə sağalıb.

Bundan əvvəlki yüksək göstərici aprelin 2-də qeydə alınmışdı. Həmin vaxt 1655 nəfər virusa yoluxmuşdu.

Ən çox yoluxma halları yenə də Kvebek (15 857), Ontario (8961) və Alberta (2158) əyalətlərində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə