Cari ilin birinci rübündə Çində ÜDM koronavirus pandemiyası fonunda 6,8% azalıb

Cari ilin birinci rübündə Çində ÜDM koronavirus pandemiyası fonunda 6,8% azalıb

Çində yanvar-mart ayları ərzində ÜDM koronavirus pandemiyası fonunda 6,8% azalıb.

SİA“TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Statistika İdarəsi məlumat yayıb.

Beləliklə, ölkədə ÜDM 2020-ci ilin birinci rübündə təxminən 2,92 trilyon dollar olub. Bu dövrdə xidmət sektoru 5,2% azalaraq 1,73 trilyon dollar, sənaye 9,6% azalaraq 1,04 trilyon dollar, kənd təsərrüfatı sektoru 3,2% azalaraq 142,82 milyard dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə