Rusiyada 9 may Qələbə günü münasibətilə paradın keçirilməsi təxirə salınıb. SİA-nın məlumatına görə, paradın yeni tarixi ilə bağlı qərar bu həftə ərzində veriləcək.
Bəzi mənbələrin məlumatına əsasən, qərarı bu gün Rusiya Prezidenti Vladimir Putin açıqlaya bilər.
Qeyd olunur ki, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş parad koronavirus pandemiyası ilə əlaqədar təxirə salınır.
Paradın bu ilin ikinci yarısında keçirilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB