İngiltərə və Fransa yeni bir epidemiya mərkəzinə çevrilir - AKTUAL
İngiltərə və Fransa yeni növ koronavirusun yayılmasında Avropadakı yeni mərkəzlərə çevriliblər. Gecikmiş tədbirlər görən İngiltərənin virusun qitədə ən ağır zərər vuracağı ölkə olacağı gözlənilir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Son 10 gündə ölüm hallarının sürətlə artdığı İngiltərədə itkilərin sayının bir müddət daha yüksək olacağı gözlənilir. Fövqəladə Hallar Elmi Məsləhət Qrupunun üzvü Jeremy Farrar aprelin 12-də BBC-yə açıqlamasında Britaniyanın itkilərin sayına görə İtaliya və İspaniyaya keçə biləcəyini söyləyib.
ABŞ-da yerləşən Səhiyyə Ölçmə və Qiymətləndirmə İnstitutu (IHME) da İngiltərədə aprel ayının əvvəlində 60 mindən çox insanın epidemiya səbəbindən ölə biləcəyini təxmin edib.
Dünyada Covid-19 səbəbiylə ən çox itki verən 4-cü ölkə olan Fransada həyatını itirənlərin sayı 17 min 167 nəfər, yoluxma sayı isə 147 min 863 nəfərə çatıb.
Fransada 30 Mart - 6 Aprel arasında gündəlik ölüm 418 ilə 833 arasında artıb. Aprelin 7-də qeydə alınan 1 min 427 ölümlə Fransa Avropada bir gündə qeydə alınan ən yüksək ölüm sayına çatıb. Bu günə qədər ölkədə 6 min 457 nəfər müalicə olunur.
Fransa Covid-19-dan evində ölənlərin sayını ölkənin ümumi rəqəmlərinə daxil etmir. Yaxın günlərdə açıqlanacağı gözlənilən bu sayla, ümumi itkinin sürətlə artacağı təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB