Suriyada və Yəməndə etiraz aksiyaları davam edir

Suriyada və Yəməndə etiraz aksiyaları davam edir
Suriyanın paytaxtı Dəməşqdən 160 kilometr şimalda Xoms - Tablis qəsəbələrində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, toqquşmada 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. İnsident qətlə yetirilmiş aksiya iştirakçılarından birinin dəfn mərasimində baş verib.
Aksiya zamanı kütlə özünü aqressiv apararaq ölkə başçısı Bəşər Əsədin ünvanına təhqiramiz ifadələr işlədib. Hüquq müdafiəçilərinin məlumatına görə, daha 5 nəfər Əs-Suveyddə hakim rejim tərəfdarları ilə əleyhdarları arasında çıxan toqquşma zamanı xəsarət alıb.
Yəməndə isə prezident Əli Abdullah Saleh əleyhinə keçirilən növbəti etiraz aksiyası zamanı polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bununla yanaşı, paytaxt Sənada tərəflər arasında baş vermiş toqquşmada hər iki tərəfdən xəsarət alanlar var. Onların odlu silahdan açılan atəş nəticəsində xəsarət aldıqları bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə