Dünyada koronavirusla bağlı SON BAŞ VERƏNLƏR

Dünyada koronavirusla bağlı  SON BAŞ VERƏNLƏR

Çinin Wuhan şəhərindən yayılmağa başlayan koronavirus pandemiyası artıq dünyada 2 milyon 64 min insanın yoluxmasına səbəb olub. Son rəqəmlərə əsasən infeksiyadan ölənlərin sayı 137 min 78 nəfərə çatıb. SİA dünyada virusla bağlı son baş verənləri təqdim edir.

ABŞ-da ölənlərin sayı 30 mini ötdü

Hazırda koronavirusun yayılması episentri olan ABŞ-da pandemiya ilə bağlı vəziyyət günü-gündən pisləşir. Johns Hopkins Universitetinin yaydığı məlumatlara görə, ABŞ-da virusdan ölənlərin sayı 30 min 844 nəfərə çatıb. Ümumilikdə isə ölkədə COVİD-19-a yoluxanların sayının 631 min 111 nəfər olduğu bildirilir.

Son 24 saatda Braziliyada 204 nəfər dünyasını dəyişib.

Cənubi Amerika ölkəsi olan Braziliyada da vəziyyət ürək açan deyil. Belə ki, son 24 saat ərzində Braziliyada yeni növ koronavirusa görə, 204 nəfər dünyasını dəyişib. Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə ğlənlərin sayı 1736-ya çatıb.

İtaliyada yoluxanların sayı 200 minə çatır.

İtaliyada COVİD-19 a görə dünyasını dəyişənlərin sayı 21 min 645 nəfər olub. Açıqlanan rəqəmlərə görə, ğlkədə ümumilikdə virusa yoluxanların sayı 165 min 155, sağalanların sayı isə 38 min 92 nəfərə çatıb.

İspaniyada da yoluxanların sayı artmaqda davam edir

İspaniyada yeni növ koronavorusa yoluxanların sayı 177 min 633 nəfərə çatsa da, burada ölənlərin sayı d9igər ölkələrlə müqayisədə aşağıdır. Belə ki, buradada pandemiyadan ölənlərin sayı 18 min 579, sağalanların isə 7853 nəfərdir.

Fransada ölüm sayı artır

Avropa ölkəsi Fransada koronavirusa görə ölənlərin sayı 17 min 167 nəfərə çatıb. Ümümilikdə ölkə üzrə yoluxanların sayı 145 min 863, sağalanların isə 31 min nəfərdir.

İngiltərədəki rəqəmlər

İngiltərədə COVİ_19 səbəbilə ölənlərin sayı 12 min 868 nəfərə çatarkən, yoluxanların sayı 98 min 476 nəfərə yüksəlib.

Son 24 saatda ölənlər

Ölüm sayı İranda 4 min 777, Belçikada 4 min 440, Almaniyada 3 min 592, Hollandiyada 3 min 134, Brazilyada 1590, İsveçdə 1203, İsveçrədə 1239, Kanadada 1006 nəfər olmaqla Çindən sonra son 24 saatda ölüm sayı 3 min 342 nəfərə çatıb.

Afrikada ilk ölüm qeydə alındı

Qərbi Afrikada sayılan Qvineyada koronavirusla bağlı ilk ölüm qeydı alınıb. Almaniya sərhəd yoxlamalarını ümumilikdə mayın 4-dək uzadıb. Avropa Birliyi (AB) Komissiyasının prezidenti Ursula von der Leyen, Covid-19-la bağlı mübarizə tədbirlərinin 3 trilyon avroya başa gəldiyini açıqlayıb. Bununla yanaşı Nyu-Yorkda sınaqdan keçirilməyən daha 3700 nəfərin koromavirusdan öldüyü ortaya çıxıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə