DST baş direktoru ABŞ-ın bu təşkilata maliyyə yardımlarını dayandırmasından təəssüflənir

DST baş direktoru ABŞ-ın bu təşkilata maliyyə yardımlarını dayandırmasından təəssüflənir

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adanom Qebreyesus ABŞ-ın bu təşkilata maliyyə yardımlarını dayandırmasından təəssüfləndiyini bildirib.

SİA xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri Cenevrədə keçirilən brifinqdə koronavirus pandemiyasına qarşı mübarizədə həmrəyliyə çağırıb. O qeyd edib ki, əgər koronavirusa qarşı mübarizədə parçalanma baş verərsə, bu, yalnız virusun yayılmasına şərait yarada bilər: “Biz birgə səylərimizi hamımıza qarşı yönəlmiş təhlükəyə qarşı səfərbər etməliyik.”

T.Qebreyesus əlavə edib ki, bu mübarizədə ən vacib qayda həmrəyliyi qoruyub saxlamaq və bu yolla virus üzərində qələbə çalmaqdır.

Brifinqdə həmçinin qeyd edilib ki, hazırda ABŞ-ın maliyyə dəstəyinin dayandırması ilə hansı sahələrin maliyyə çətinliyi yaşayacağı və bu boşluqların necə doldurulacağı araşdırılır. Qeyd edilib ki, DST təkcə koronavirusa qarşı deyil, digər xəstəliklərə qarşı da mübarizə aparır, xüsusilə də dünyanın müxtəlif ölkələrində səhiyyə sisteminin inkişafına töhfə verir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp DST-ni koronavirus pandemiyası ilə bağlı ABŞ-ı vaxtında və düzgün şəkildə məlumatlandırmamaqda günhalandıraraq, ölkəsinin bu təşkilata maliyyə dəstəyini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə