Pandemiya ilə bağlı böhran bütün beynəlxalq ictimaiyyət üçün geosiyasi şok olacaq - NATO-nun Baş katibi

Pandemiya ilə bağlı böhran bütün beynəlxalq ictimaiyyət üçün geosiyasi şok olacaq - NATO-nun Baş katibi

Koronavirus pandemiyası ilə bağlı böhran bütün beynəlxalq ictimaiyyət üçün geosiyasi şok olacaq.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin videokonfrans formatında keçirilən iclasının yükunları üzrə Brüsseldə mətbuat konfransı zamanı deyib.

Y.Stoltenberq bildirib: "Biz böhranın səhiyyə sahəsində uzunmüddətli təsirlərinə baxdıq. Geosiyasi təsirlər əhəmiyyətli ola bilər, böhran bütün beynəlxalq ictimaiyyət üçün geosiyasi şok olacaq".

Onun sözlərinə görə, böhran ölkələrin əhalisinə və iqtisadiyyatına dərin təsir göstərir: "Pandemiya hamınıт səhiyyə böhranı qarşısında zəif olduğunu xatırlatdı".

Bütün xəbərlər Facebook səhifəmizdə