“PREDICT layihəsi çərçivəsində Myanmada yarasalar üzərində araşdırma aparan mütəxəssislər 6 yeni növ koronavirus kəşf etdiklərini açıqlayıblar. SİA-nın xəbərinə görə, bu barədə İngiltərənin “Daily Mail” qəzeti xəbər verib.
Məlumata görə, aşkar edilən 6 yeni çorona virusundan üçü alfakoronavirus, üçü isə betakoronavirus olaraq təsnif edilib. Elm adamları yeni aşkar edilən 6 koronavirus növünün COVID-19 ilə eyni ailəyə aid olduğunu vurğulayıblar. Lakin ilkin tapıntılara görə, bu viruslar SARS, MERS və ya COVID-19-a səbəb olan növlərlə sıx əlaqəli deyillər.
Alimlər qlobal epidemiyaya çevrilən COVID-19-un əsas mənbəyinin yarasalar olduğunu təxmin edirlər. Lakin bu iddia hələ də sübut edilməyib. Tədqiqatçılar yarasalarda minlərlə koronavirusun olduğunu bildiriblər. Araşdırma aparan qrup yeni kəşf edilən koronavirus növlərinin heyvan və ya insanlara keçib keçməməi ilə bağlı daha detallı araşdırma aparmağın vacibliyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB