İkinci Dünya Müharibəsi dövründə anti-Hitler koalisiyası tərəfində vuruşan Braziliya ekspedisiya qüvvəsinin bir veteranı koronavirusu məğlub edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Braziliya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 99 yaşlı Hernando Piveta aprelin 6-da hərbi xəstəxanaya qəbul edilib və 8 gün koronavirus xəstələri şöbəsində yatıb. Bundan sonra o sağalaraq ordu marşının səsləri və həkimlərin alqışları ilə xəstəxanadan yola salınıb. Piveta özü də öz növbəsində həkimləri minnətdarlıqla alqışlayıb.
Xatırladaq ki, Braziliyada 25 mindən çox koronaviirus insana yoluxub, 1,5 mindən çox xəstə isə ölüb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB