Koronavirusa qarşı antitellərin effektivliyi şübhə altına alındı

Koronavirusa qarşı antitellərin effektivliyi şübhə altına alındı

Bir şəxsdə SARS-CoV2 koronavirusa qarşı antitel olsa da, bu onun infeksiyadan tamamilə qorunması demək deyil. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri Amerika İctimai Səhiyyə Laboratoriyasının həkimləri tərəfindən aparılan araşdırmalara əsasən məlumat yayıb.

Məlumata görə, bir insanda plazmanın olması onun koronavirusa qarşı toxunulmaz olduğu demək deyil.
"Ola bilər ki, insanlar toxunulmazlıq barədə fikirləri inkişaf etdirələr var, amma bu sadəcə bir təxmindir", deyə Amerika İctimai Səhiyyə Laboratoriyasının yoluxucu xəstəliklər üzrə direktoru Kelly Vroblevski bildirib.

Xatırladaq ki, Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə COVID-19 xəstəliyinə səbəb olan yeni bir növ koronavirusun baş verməsi barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. Martın 11-də isə, ÜST vəziyyəti pandemiya kimi tanıyıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə