“Dağıstan vilayətinin əmiri" İsrafil Vəlicanov öldürülüb

“Dağıstan vilayətinin əmiri" İsrafil Vəlicanov öldürülüb

Dağıstanın Levaşinsk rayonu ərazisində keçirilən xüsusi əməliyyat zamanı "Dağıstan vilayətinin əmiri" İsrafil Vəlicanov öldürülüb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Vəlicanov Moskva metrosunda partlayışların təşkilatçısı Maqomedali Vaqabovun 2010-cu ilin avqustunda öldürüldükdən sonra əmir elan olunub. Onun "Domodedovo" aeroportunda törədilən partlayışda da iştirak etdiyi bildrilirdi.

 

Qeyd edək ki, İsrafil Vəlicanovun ən yaxın silahdaşı, Dağıstan mücahidlərinin hərbi əmiri Adəm Hüseynov yanvar ayında Xasavyurt yaxınlığında öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə