ÜST koronavirus haqqında məlumatları gizlətməkdə ittiham olunur Mayk Pompeo

ÜST koronavirus haqqında məlumatları gizlətməkdə ittiham olunur Mayk Pompeo

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo, Ümumdünya Səhiyyə Təşkilatının dünya ictimaiyyətinə təhlükəli infeksiyalar barədə vaxtında məlumat verməli olduğunu bildirib, qeyd edib ki, bu, koronavirusla bağlı vəziyyətdə baş verməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “İnterfaks” Pompeonun fikirlərini stat gətirərək məlumat yayıb.

"Şəffaflığa ehtiyac var və ÜST-ün öz işini görməsi, əsas funksiyasını yerinə yetirməsi üçün ehtiyac duyuruq. Bu, qlobal səhiyyədə baş verənlər haqqında dünyaya vaxtında, dəqiq, təsirli məlumat verməsinin təmin edilməsidir ki, bunu da etməyiblər", deyə Pompeo Ümumdünya Səhiyyə Təşkilatını ittiham edib.

Onun sözlərinə görə, ÜST uzun müddət pandemiya elan etmək istəməyib, çünki bu, Çin maraqlarına zidd idi.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp ÜST-nin maliyyələşdirilməsini dayandırdığını söyləyib. Onun sözlərinə görə, qurum vaxtında məlumat verməyib, həqiqəti də ictimaiyyətə çatdırmayıb.

Dünyadakı pandemiya zamanı təxminən 2 milyon insan koronavirusa yoluxub və təxminən 120 min nəfər ölüb.
Xatıprladaq ki, Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə COVID-19 xəstəliyinə səbəb olan yeni bir növ koronavirusun baş verməsi barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. Martın 11-də isə, ÜST vəziyyəti pandemiya kimi tanıyıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə