"Spirtli içki qəbul etmək orqanizmə və xüsusən də qaraciyərə əlavə yük yaradır ki, bu da koronavirus infeksiyasına yoluxma zamanı ağır nəticələrə səbəb ola bilər". SİA-nın xəbərinə görə, bunu Nyu-York xəstəxanasının həkimi Marlene Kaplan bildirib.
O bildirib ki, alkoqollu içkilərdən istifadə edərkən bütün risklər ölçülməlidir: “Çünki koronavirus ağciyərlə yanaşı, digər orqanlarda da gərginliyə səbəb olur. Virusa yoluxma zamanı vücudunuz mübarizə apararkən qaraciyər də artan stress altında olur. İçki qəbul edən şəxslərin qaraciyərlərində yüləmə olduğu üçün bu mübarizə zamanı mənfi nəticələrə gətirib çıxara bilər”.
Həkim qeyd edib ki, spirtli içki qəbulu ilə daxili orqanlarını dezinfeksiya etmək fikri yanlışdır: “Daxilə spirtli içki qəbul etməklə yalnız ağzınızı və bəlkə də boğazınızı dezinfeksiya edə bilərsiniz. Lakin alkoqol ağciyərlərinizi dezinfeksiya etməyəcək”.
M. Kaplan qeyd edib ki, boğazı dezinfeksiya etmək üçün sodalı sudan istifadə etmək daha məsləhətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB