Koronavirus necə ortaya çıxdı - ABŞ GENERALINDAN ŞOK AÇIQLAMA

Koronavirus necə ortaya çıxdı - ABŞ GENERALINDAN ŞOK AÇIQLAMA

ABŞ Ordusunun Baş Qərargah rəisi general Mark Milley yeni növ koronavirusun (Covid-19) laboratoriya şəraitində yaradıldığı ilə bağlı iddialara şərik olduğunu bildirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

General ehtimalın yüksək olduğunu bildirsə də, dəqiq nəticəyə gələ bilmədiyini və hər iki ehtimalın da qeyri-müəyyən olduğunu söyləyib.

General Milley müdafiə naziri Mark Esper ilə ortaq mətbuat konfransında iddialarla bağlı qeydlərində medianın və blogerlərin "rolunu" da qeyd edib: “Mediada, blog saytlarında çoxlu sayda dedi-qodu və fərziyyələr var. Kəşfiyyat bu iddiaları ciddi şəkildə araşdırdı. Bu mərhələdə bu iddialar etibarlı deyil. Bunun təbii olduğuna dair bəzi dəlillər var. Ancaq yenə də buna əmin ola bilmərik".

Qeyd edək ki, Covid-19 virusunun Çinin Vuhan şəhərində yarasalardakı zərərli virusları araşdıran bir laboratoriyada meydana gəldiyi iddia edilib. Washington Post qəzeti də ABŞ Dövlət Departamentinin iki il əvvəl kəşfiyyatdan Vuhandakı laboratoriyanın lazımi tədbir görmədiyi və oradakı virusun bir epidemiyaya səbəb ola biləcəyi barədə məlumat aldığını irəli sürüb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian sosial media hesabından keçən ay verdiyi açıqlamada virusun ABŞ ordusu tərəfindən Vuhana gətirildiyini iddia edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə