Çernobılda 10 günlük yanğın söndürülüb

Çernobılda 10 günlük yanğın söndürülüb

Ukraynanın Çernobıl bölgəsində aprelin 4-dən bəri davam edən yanğın Çernobıl Atom Elektrik Stansiyasına doğru irəliləyərkən, güclü yağış və yanğınsöndürənlərin dayanmadan çalışması nəticəsində nəzarət altına alınıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Ukrayna Ekologiya Müfəttişliyinin müvəqqəti rəhbəri Yeqo Firsov verdiyi açıqlamada, "Bir sözlə, yağışlar sayəsində yanğını söndürə bildik. Radiasiya dərəcəsi daim nəzarətdə saxlanılır və hazırda normal səviyyədədir" deyə bildirib.

Ukrayna Təcili Xidmətlər Departamentinin rəhbəri Nikolay Çeçetkin də yanğının nəzarət altında olduğunu təsdiqləyib.

Yanğının söndürmə işlərində 400-dən çox yanğınsöndürən, 100-ə yaxın yanğınsöndürən maşın, 3 yanğınsöndürmə təyyarəsi və 3 yanğınsöndürmə vertolyotu iştirak edib. Atom Elektrik Stansiyasının ətrafındakı meşəlik ərazilərdə yanğının qarşısını almaq üçün təhlükəsizlik dəhlizləri yaradılıb. Yanğına səbəb olduğu bilinən şəxsin yaxalanaraq həbs edildiyi bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə