Epidemiya böhranını hansı ölkə ən yaxşı idarə edib? - AKTUAL

Epidemiya böhranını hansı ölkə ən yaxşı idarə edib? - AKTUAL

Koronavirus epidemiyası səbəbindən karantin metodlarının tətbiq olunduğu dünyada Covid-19 xəstəliyinə qarşı ən etibarlı vətəndaşlar hansı ölkədədir? SİA-nın məlumatına görə, aparılan yeni bir araşdırmada sağlamlıq və iqtisadi narahatlıqların artdığı bu dövrdə Avropada ən güvəndə olan vətəndaşlar Almaniyada, dünya kateqoriyasında isə İsraildə yaşayırlar. Araşdırmada epidemiya dövründə ən etibarlı ölkə sıralamasında epidemiyaya qarşı gec tədbir almaqla tənqid olunan Amerika Birləşmiş Ştatları ilk 40 ölkə arasına girə bilməyib.

Deep Knowledge Group-un araşdırmasına görə, Covid-19 böhranı İsrail tərəfindən qlobal miqyasda ən yaxşı şəkildə idarə olunur. Almaniya ikinci, Cənubi Koreya üçüncüdür.

Hesablama necə aparılıb?

Londonda fəaliyyət göstərən süni intellekt və məlumat təhlili şirkəti olan Deep Knowledge Group, yarandığı andan etibarən koronavirusla mübarizə aparan ölkələrin böyük miqdarda məlumatlarını təhlil edir və müqayisəli şəkildə hesabat verir. Ölkələrin sağlamlığı və təhlükəsizlik səviyyəsini araşdırarkən mövcud məlumatlara görə 'Karantin Fəaliyyəti', 'Hökümətin Böhran Səmərəliliyinin İdarə Edilməsi', 'Monitorinq və Təsbit' və 'Təcili Müalicə Qabiliyyəti' kimi 4 fərqli kateqoriyada 24 parametrdən istifadə edilib.

Məsələn, ölkələr ilk məhdudiyyətləri tətbiq etdikdə bu məhdudiyyətlərin nə qədər pozulduğu, səyahət qadağasının həcmi, Covid-19 sınaqlarının nə vaxt mümkün olduğu və xəstəxanalardakı xəstəxana avadanlıqlarının nə qədər yaxşı olduğu barədə məlumatlar təhlil edilib. Tədqiqatda Avropada birinci yeri tutan Almaniyanın, xüsusən də 'Hökumətin İdarəedici Böhran Fəaliyyəti' sahəsində yaxşı bir nəticə göstərdiyi diqqətə çatdırılıb. Almaniyada virus meydana çıxan kimi bir çox insan koronavirus sınağından keçirilib. Yoluxmaların sayının çox olduğu Almaniyada ölüm səviyyəsinin aşağı olması, ilk andan etibarən hökumətin intensiv sınaqlarla tədbirlər görmək səyləri ilə əlaqələndirilir.

Məruzədə ilk növbədə İsrail, ikinci yerdə Almaniya və doqquzuncu yerdə Yaponiya haqqında ətraflı məlumat verilir. Ölkələrin risk reytinqini ölçən analiz şirkətinin araşdırmasında Covid-19 infeksiyası və ölüm nisbəti, karantin monitorinqi prosesi, aşkarlanma və idarəetmə kimi bir çox amil araşdırılıb. Tədqiqatda İtaliya, ABŞ, İngiltərə, İspaniya və Fransa riskli ölkələrin ilk beşliyinə çıxıb. Ən riskli 20 ölkə arasında Azərbaycan yoxdur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə