ABŞ-da koronavirusa görə ölənlərin sayı rekord həddə çatdı

ABŞ-da koronavirusa görə ölənlərin sayı rekord həddə çatdı

ABŞ-da 1 gündə yeni növ koronavirusdan ölənlərin sayı rekord həddə çatıb. SİA-nın xəbərinə görə, Johns Hopkins Universiteti tərəfindən aparılan hesablamalara görə, son 1 gün ərzində ABŞ-da ölənlərin sayı 2228 nəfərə çatıb.

Bir gün əvvəl bu rəqəmin 1509 nəfər olduğu qeyd olunur.

Hesablamalara görə, ABŞ-da son 4 gündə rəqəmlər artmağ doğru getsə də ötən gün bu rəqəm kəskin şəkildə artıb.

Universitetin hesablamalarına əsasən ABŞ-daCOVİD-19-a yoluxanların sayı 608 minə çatıb, 26 nəfər isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə