BMT Baş katibi ÜST haqqında Trampın dediklərinə münasibət bildirib

BMT Baş katibi ÜST haqqında Trampın dediklərinə münasibət bildirib

BMT-nin Baş katibi Antoniu Quterreş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin dayandırılması haqqında ABŞ Prezidenti Donald Trampın dediklərinə münasibət bildirib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, Quterreş deyib ki, “hazırda ÜST və digər humanitar təşkilatlara ayrılan resursların dayandırılmasının heç zamanı deyil”.

Quterreş növbəti dəfə qeyd edib ki, indi beynəlxalq ictimaiyyətin COVID-19 və onun fəsadlarına qarşı birlik və həmrəylik halında işləyə bilməsinin vaxtı çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə