Pandemiya zamanı eynək taxmağın yolları Oftalmoloqların tövsiyyələri
ABŞ, Kanada, İngiltərə və Avstraliyadan olan oftalmoloqlar koronavirus pandemiyası zamanı eynək və ya kontakt linza geyənlər üçün tövsiyələr veriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Contakt Lens & Anterior Eye” nəşri öz məqaləsində məlumat verib.
Beləliklə, mütəxəssislər linzaların taxıla biləcəyini qeyd edirlər, çünki linzalarının istifadəçilərində COVID-19 ilə yoluxma riskinin artmasına dair heç bir sübut yoxdur. Bildirilir ki, onları istifadə edərkən gigiyena qaydalarına əməl edilməlidir. Əllər yaxşıca yuyulmalı, linzalar quru əllərlə taxılmalı, linzaları düzgün saxlamalı və linzaların saxlama qabları dezinfeksiya ededilməlidir.
Oftalmoloqlar adi eynəklərin koronavirusdan qorumadığını vurğulayıblar.
Koronavirus xəstələrinə kontakt linzalarını müvəqqəti tərk etmək və eynək taxmaq tövsiyə olunur. Qeyd olunur ki, vəziyyət bərpa olunduqdan sonra linzaları istifadə etməyə davam edə bilərlər.
"Nəticələrimiz göstərir ki, insanlar əl gigiyena qaydalarına riayət edərsə və müvafiq qulluq qaydalarına əməl edərlərsə, kontakt linzalar koronavirus pandemiyası zamanı görmə korreksiyasının mükəmməl məqbul bir forması olaraq qalır", deyə məqalənin müəllifi, Waterloo Universitetinin Göz Tədqiqatı və Təhsil Mərkəzinin direktoru doktor Lyndon Cons bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB