Ümumdünya Səhiyyə Təşkilatının Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç koronavirus infeksiyası epidemiyasının artıq 213 ölkə və əraziyə təsir etdiyini söyləyib. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı RİA Novosti məlumat yayıb.
"Hər bir dövlət öz risk qiymətləndirmələrinə və mövcud vəziyyətə əsaslanaraq infeksiya yayılmasının azaldılması üçün tədbirlər görür", deyə ÜST nümayəndəsi bildirib.
Xatırladaq ki, Yeni il ərəfəsində Çin Ümumdünya Səhiyyə Təşkilatına naməlum mənşəli pnevmoniya xəstəliyi barədə xəbərdarlıq edib. Yanvar ayında mütəxəssislər buna yeni bir növ koronavirus səbəb olduğunu ortaya qoyublar. Martın 11-də isə ÜST digər ölkələrə də yayılmağa başladığı üçün vəziyyəti pandemiya kimi tanıyıb.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 1.8 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 113 mindən çox insan bu xəstəlikdən həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB