İngiltərədə koronavirusa yoluxan beş aylıq bir qız uşağı sağalmaq üzrədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ailə, Suffolk County Brandonda yaşayır. Körpənin anası 25 yaşlı Emili Woodqerə həkimlər əvvəlcə başqa bir xəstəliyin əlamətlərini götürdüklərini söyləyib. Qızı xəstələnəndə Emili və əri Conor İngiltərə Milli Səhiyyə Xidmətinə zəng ediblər, amma operator əlamətləri eşitdikdən sonra körpəyə suçiçəyi diaqnozu qoyub. Ancaq balaca Ameliyanın vəziyyəti get-gedə pisləşib və 4 aprel tarixində cütlük onu xəstəxanaya aparıb. Qızda yüksək nəbz və hərarət müşahidə edilib. Ona koronavirus testi verilib, cavab da müsbət olub.
"O qədər narahat idim ki, otağımda oturub ağladım", deyə körpənin anası hisslərini bölüşüb.
Emili qeyd edib ki, qızının simptomlarından biri dad itkisi olub. Aprelin 7-də ailəyə körpəni evinə aparmaq icazəsi verilib və 15 günlük təcrid olunmaları əmr edilib. İndi qız sağalmaqdadır.
"Bu çətin günlərdə müalicəyə görə ən görkəmli West Suffolk Xəstəxanasına çox təşəkkür edirəm. Biz şanslı insanıq. Həyat hədiyyəsi hər kəs üçün ən yaxşı hədiyyədir", deyə Emili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB