Baş nazirlər əməkdaşlıq məsələlərini müzakirə ediblər COVİD-ə qarşı

Baş nazirlər əməkdaşlıq məsələlərini müzakirə ediblər COVİD-ə qarşı

Fransanın Baş naziri Filipp Rusiyanın Baş naziri Mixail Mishustin ilə telefon danışığında iki ölkənin koronavirus infeksiyası ilə mübarizədə qarşılıqlı əməkdaşlığı müzakirə etdiyini söyləyib. SİA xəbər verir ki, bu barədə Fransa baş naziri Twitter-də bildirib.

Filipp öz səhifəsində "Fransa ilə Rusiya arasındakı qarşılıqlı əlaqə və həmrəylik" barədə qeyd edib.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni bir növ koronavirusun səbəb olduğu COVID-19 xəstəliyini pandemiya elan edib.

Son məlumatlara görə, dünyada 1,9 milyondan çox yoluxma hadisəsi aşkarlanıb, 110 mindən çox insan isə bu xəstəlikdən ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə