Bir gündə koronavirusdan nənəsini və anasını itirdi ANJELANIN HEKAYƏSİ

Bir gündə koronavirusdan nənəsini və anasını itirdi  ANJELANIN HEKAYƏSİ

25 yaşlı serbiyalı tələbə Andjela Kostiç stomatoloq təhsili alır. Onun anasını və nənəsini koronavirus simptomu ilə xəstəxanaya yerləşdiriblər. “Nənəmin vəziyyəti ağır idi, anamda isə yaxşı proqnozlar var idi”, deyə Andjela bildirib. Onun sözlərinə görə, anası xəstəxanada 12 gün keçirib. Yoluxana qədər isə sağlamlığı normal olmaqla yanaşı, xroniki xəstəliyi də olmayıb.

Andjela ən pisindən ehtiyat edirdi və o da başına gəlib. Belə ki, onun nənəsini və anasını ciyərlərini oksigenlə təmin etmək məqsədi ilə süni nəfəs cihazına qoşublar. Aprelin 5-də isə nənəsi həyatını itirib, anası da həmin günün axşamı vəfat edib.

Qızcığaz tənha qalıb. Andjelanın atası da stomatoloq olub və üç il əvvəl dünyasını dəyişib.

Hazırda Andjela nənəsinin və anasının dəfni üçün pul toplayır. O deyib ki, bu məsələdə atasının dostları yardım edirlər. “Hər kəs mənə deyir ki, güclü olmaq lazımdır”, deyə o bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə