Сon Hopkins Universiteti rəqəmləri korrektə etdi SAY AZALDI

Сon Hopkins Universiteti rəqəmləri korrektə etdi SAY AZALDI

Con Hopkins Universiteti yeni növ koronavirusa yoluxanların sayının dünya üzrə 2 milyondan çox olması ilə bağlı məlumatını korrektə edib .SİA TASS-a istinadən xəbər verir ki, sonuncu məlumata görə, ümumi infeksiyalıların sayı 1 919 913 nəfəri təşkil edir.

COVID-19-dan ölənlərin sayı isə 119 666 nəfərdir.

Daha ağır vəziyyət ABŞ-dadır. Orada koronavirusa yoluxan 581 918 nəfərin 23 608-i vəfat edib.

Bundan öncə universitetin saytında ölkədə koronavirusa yoluxanların sayı 682 619 nəfər göstərilmişdi.

İspaniyada yoluxanların sayı 170 099 nəfər, ölənlərin sayı isə 17 756 nəfər, İtaliyada 159 516 nəfərə 20 465 nəfər ölü sayı düşür. Fransada 137 min, Almaniyada isə 130 min, Böyük Britaniyada isə 89 min yoluxma qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə