Parisdə polis keşişi cərimələyib

Polis Parisdəki karantin qaydalarına əməl etməyərək qanunsuz ayinlər təşkil edən bir kilsəyə basqın edib və keşişə xəbərdarlıq verərək cərimə edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Fransanın paytaxtı Paris, ölkədə koronavirus epidemiyasından ən çox təsirlənən bölgələrdən biridir. Martın 16-da həyata keçirilən karantin tədbirləri çərçivəsində kilsələrdə kütləvi yığıncaqlar da qadağan edilib. Bununla birlikdə, Parisin mərkəzindəki Sankt-Nikolas-du-Chardonnet Katolik Kilsəsinin Pasxa səbəbiylə şənbə axşamı bir mərasim təşkil etdikləri ortaya çıxıb.

Hadisəni təsdiqləyən Fransa polisinin kahinin karantin qaydalarına əməl etmədiyi üçün xəbərdar edildiyini və cərimə edildiyini bildirib.

Kilsədə mərasim keçirildiyini eşidən bir nəfərin hadisəni polisə bildirdiyi məlum olub.

Fransız mətbuatının polis qaynaqlarına istinadən verdiyi məlumata görə, təhlükəsizlik işçiləri kilsənin önünə gələndə kilsənin qapısının sıx bağlı olduğunu görüb.

Kilsədəki təxminən 40 nəfərin cəza almadığı bildirilib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron, ölkənin karantin müddətinin 11 Maya qədər uzadıldığını açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə