Amerikanın Johns Hopkins Universitetini hesablamalarına görə, dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyondan biraz azdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl universitetin saytında dünyada COVID-19-a yoluxanların sayının 2 milyonu keçərək 2 019 320 nəfər olduğu qeyd olunmuşdu. 2 saatdan sonra dəyişdirilən rəqəmlərdə dünyada koronavorusa yoluxanların sayı 1 milyon 918 min 855, ölənlərin sayı isə 119 min 588 nəfər göstərilib. Ümumilikdə xəstəlikdən sağalanların sayı 448 min 998 nəfərə çatıb.
Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu dünyada pandemiya elan edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB