"ABŞ Çinin koronavirus haqqında vaxtında məlumat verməməsindən təəssüflənir” - Pompeo

"ABŞ Çinin yeni növ koronavirus haqqında vaxtında məlumat verməməsindən təəssüflənir".

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib.

O, Çinin Uhan şəhərində başlayan epidemiyanın tez bir zamanda müəyyən edilməməsindən təəssüfləndiyini vurğulayıb: "Çin hökuməti məlumatları vaxtında verməyib. Bu, dəhşətdir".

Koronavirusun dünyaya vurduğu ziyana görə kimin məsuliyyət daşıdığı sualına cavab verməyən dövlət katibi bu mövzuda qlobal müzakirənin olmasını deyib: "Bunun necə başladığını və haradan başladığını anlamaq vacibdir. İndiki məqamda qlobal iqtisadiyyatın bərpasına diqqət yetirilməlidir. İttihamların zamanı sonra gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...