ABŞ-ın 50 ştatının hamısında koronavirusdan ölüm halı qeydə alınıb

ABŞ-ın Vayominq ştatında koronavirusdan ilk ölüm qeyd edildi.

SİA xəbər verir ki, bu barədə ştatın qubernatoru Mark Qordon "Twitter" səhifəsində xəbər yayıb.

Beləliklə ölkənin bütün 50 ştatında COVİD-19 infeksiyası ilə əlaqəli ölüm halları qeydə alınıb.

Qeyd edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Johns Hopkins Universitetinin məlumatında ABŞ-da 568 mindən çox koronavirusa yoluxma halı, 23 min insanın bu xəstəlikdən öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə