Consonun yeni COVID-19 sınağı mənfi göstərici verdi

İngiltərənin baş naziri Boris Consonun koronavirus üçün yeni bir testi mənfi nəticə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərə hökumətinin bir nümayəndəsi açıqlama verib.

Onun sözlərinə görə, Conson yalnız dünən xəstəxanadan buraxılıb və həkimlərdən icazə aldıqdan sonra işə qayıdacaq. Hal hazırda Checkers Hökumət evindədir.
Boris Conson xəstəxanadan çıxdıqdan sonra televiziya kameraları ilə danışıb.
Xatırladaq ki, 27 mart tarixində Consonda koronavirus infeksiyası olduğu açıqlanmışdı və o aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...