Dünyada koronavirus 2.7 milyard işçiyə təsir edib - BƏT

Beynəlxalq Əmək Təşkilatı (BƏT) koronavirus (Covid-19) səbəbiylə müəssisələrin tamamilə və ya qismən bağlanmasının dünya işçi qüvvəsinin 81 faizinə, yəni 2.7 milyard işçiyə təsir etdiyini bildirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Dünyanın bir çox ölkəsi sosial məsafəni qorumağa və Covid-19 yayılma sürətini azaltmaq, səhiyyə sistemini rahatlaşdırmaq və itki verməmək üçün yeni tədbirlər görməyə çalışır.

Komendant saatı ilə əlaqədar məhdudiyyətlər, işdəki fasilələr, səyahət məhdudiyyəti, təhsildə fasilələr və digər tədbirlər işçilərə və müəssisələrə qəfil və sərt təsir göstərir.

Bəzi müəssisələr fəaliyyətlərini dayandırmalı olduqları halda, bəziləri iş metodlarını dəyişdirməyə gedir.
BƏT-in "Covid-19" və "Business World" hesabatlarında baş verənlərin iqtisadi təsirlərinin İkinci Dünya Müharibəsindən bəri yaşananların ən ciddisi olduğu vurğulanır.

Hesabatda, dünyada 3.3 milyard işçinin 81 faizinə uyğun 2.7 milyard işçinin tövsiyə ilə məcburi və ya bağlanmış iş yerlərində çalışdığı bildirilir.

Dünyada ilin ikinci rübündə iş saatının 6,7 faizinin yox olacağı da proqnozlaşdırılır.

Gəlir qruplarına görə, iş saatlarının mütənasib şəkildə azaldılması gözlənilən qrup "yuxarı orta gəlir" olmaqla, ən çox təsir ediləcək bölgələr isə ərəb ölkələri, Avropa və Asiya-Sakit okean ölkələridir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə