ABŞ prezidenti Donald Trampın yaxın dostu, milyarder Stenli Çera koronavirusdan dünyasını dəyişib. SİA xəbəri CNN-ə istinadən verir.
Məlumata görə, ABŞ-da koronavirusun yaratdığı fəsadlar səbəbiylə 71 yaşlı məşhur milyarder Stenli Çera vəfat edib.
Qeyd olunur ki, milyarder ABŞ prezidenti Donald Tramp ilə yaxın əlaqədə olub və daşınmaz əmlak biznesi ilə məşğul idi.
Çera Respublikaçılar Partiyasının böyük sponsoru olub. Milyarder 2016-cı ildən 2019-cu ilə qədər Trampın fəaliyyətini dəstəkləmək üçün partiyaya 400 min dollardan çox pul bağışlayıb.
Xatırladaq ki, ABŞ-da 561 mindən çox insan koronavirusa yoluxub və 22 mindən çox insan bu xəstəlikdən ölüb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB