Koronavirusdan ölənlərin sayı kəskin azalır

Boris Conson xəstəxanadan çıxdıqdan sonra ilk dəfə televiziya kameraları qarşısında görünüb. İngiltərənin baş naziri özünü yaxşı hiss etdiyini etiraf edib, bununla yanaşı, tabeçiliyində olanların işi evdən izləniləcək. Conson, müalicə aldığı xəstəxanadakı bütün həkimlərə də təşəkkür edib və sakinlərdən bir daha evdə qalmalarını istəyib.

"Möhtəşəm həkimlər və xüsusən də iki tibb bacısı sayəsində sağaldım və qeyd edim ki, onlar məni müşahidə edirdilər və hər saniyə qayğı göstərdilər. Onlara nə qədər borclu olduğumu ifadə etmək üçün söz tapmaq çətindir. Biz bu koronavirusu birlikdə məğlub edəcəyik və sosial məsafə saxlamaq barədə qaydaları unutmayaq", deyə baş nazir bildirib.

Ancaq ingilislər baş nazirinin tövsiyələrini qulaqardına vururlar. Havalar istiləşdikdən sonra kütləvi şəkildə çimərliklərə üz tuturlar, məsafəni və ümumiyyətlə bütün təhlükəsizlik tədbirlərini tamamilə unudurlar.
Eyni mənzərə indi Avstriyada və Almaniyada da var. Beləki, şəhər sakinləri velosiped sürür, parklarda vaxt keçirirlər və əksəriyyəti də maskasızdır.

Bu gün dünyada yoluxmuş insanların sayı nəhayət nəzərəçarpacaq dərəcədə azalıb və gün ərzində onlardan sayı 60 min nəfər təşkil ki, bu da əvvəlkindən 20 min azdır. Almaniyada sağaldılanların sayı, ilk dəfə olaraq yoluxanların sayını ötüb keçib. İtaliyada ölənlərin sayı kəskin şəkildə azalıb və son 24 saatda 430 hadisə qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə