Koronavirusun qarşısını ala biləcək dərman tapıldı

Koronavirusun qarşısını ala biləcək dərman  tapıldı

Yapon həkimləri koronavirusun qarşısını ala biləcək bir dərman tapıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bioRxiv portalında məlumat yayılıb.

İlkin məlumatlara görə, insanın immun çatışmazlığı virusuna qarşı istifadə olunan nelfinavir, koronavirusun çoxalmasına mane ola bilər. Dərmanı araşdırarkən alimlər COVID-19 patogeninin fəaliyyətində azalma hiss ediblər.

Eyni zamanda, mütəxəssislər xatırladır ki, bu anda koronavirusa qarşı sübut edilmiş bir vasitə hələ icad edilməyib və buna görə də effektiv antiviral dərmanların sınanması lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə