Tədricən dəyişməsinə baxmayaraq, COVID-19 daha təhlükəli mutasiyalara məruz qalmayacaq. SİA Ren Tv-yə istinadən xəbər verir ki, bu barədə Fundamental və Tibbi Tədqiqat Mərkəzinin virus ekologiyası laboratoriyasının müdiri Kirill Şarşov bildirib.
"Virusun strategiyası onu zamanla virulentliyi azaltmağa məcbur edir. Bu, ən çox əlaqəli viruslar üçün göstərilir. Ümumiyyətlə, yüksək ölüm virusun təkamüllü bir sonudur" deyə mütəxəssis izah edib.
Şarşov qeyd edib ki, koronavirus mövsümi ola bilər və yayılması yayın əvvəlində azalacaq, lakin mülayim formada oktyabr-noyabr aylarında davam edə bilər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB