Rusiyada koronavirusdan ölənlərin sayı 150-yə çatır

Rusiyada koronavirusa yoluxma göstəriciləri artır. SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 2 558 nəfər koronavirusa yoluxub. Daha 18 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 18 328 nəfər koronavirusa yoluxub, infeksiyadan ölənlərin sayı 148 nəfərə çatıb.

Ümumilikdə, 1 470 nəfər sağalıb, 16 710 nəfərin müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə