ABŞ-da virusdan ölənlərin ayı 22 mini keçdi

ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı 22 min 20 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 555 min nəfər isə yoluxub.

Ümumilikdə ABŞ-da infeksiyadan 32 min 988 nəfərin sağaldığı, 2.8 milyon testin keçirildiyi qeyd olunur.

Xatırladaq ki, Ümundünya Səhiyyə Təşkilatı martın 11-də koronavorusu dünyada pandemiya elan edib. Son rəqəmlərə görə, dünyada infeksiyaya yoluxanların sayı 1.7 milyonu ötüb, 105 mindən çox insan isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə