İsraildə COVID-19 virusu ilə bağlı test nəticələri müsbət olanların sayı 11 mini ötüb

İsraildə COVID-19 virusu ilə bağlı test nəticələri müsbət olanların sayı 11 mini ötüb

İsraildə COVID-19 virusu ilə bağlı test nəticələri müsbət olanların sayı son sutkada 402 nəfər də artaraq 11 145-ə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, indiyədək bu virusdan ölənlərin sayı 103 nəfərdir. Hazırda 183 nəfər ağır vəziyyətdədir, 131 nəfər süni tənəffüs aparatına qoşulub. Bununla yanaşı, 1627 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə