BOK-un prezidenti Yaponiyaya səfərini ləğv edib

BOK-un prezidenti Yaponiyaya səfərini ləğv edib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax mayda Yaponiyaya planlaşdırılan səfərini koronavirus pandemiyasına görə ləğv edib.

SİA-nın məlumatına görə, T.Bax səfər çərçivəsində "Tokio-2020" Yay Olimpiya Oyunlarına hazırlıq işlər ilə tanış olmalı idi. BOK rəsmisinin, həmçinin Xirosima şəhərində keçirilməli olan məşəl estafetində də iştirakı nəzərdə tutulmuşdu.

Qeyd edək ki, koronavirus pandemiyasına görə, "Tokio-2020" Yay Olimpiya Oyunları 2021-ci ilə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə